Moskva Türkiyənin pomidor kvotasını artırdı 

09:45 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən pomidor alışı üçün kvotanı artırdığını açıqlayıb. İndiyədək 350 min ton olan illik kvota 500 min tona çatdırılıb.

Hafta.az-ın yazdığına görə, müvafiq qərar Nazirliyin rəsmi hüquqi informasiya portalında dərc olunub.

Rusiyada pomidorun qiyməti martın sonundan bəri ilk dəfə artdıqdan sonra kvotanın artırılması qərarı qüvvəyə minib.

Türkiyə hökumət rəsmiləri 2023-cü il aprelin 18-də prezident Ərdoğanla Putinin görüşündən sonra Rusiyaya göndəriləcək pomidor kvotasının 500 min tona çatdırıldığını, lakin həyata keçirilmədiyini bildirib.

Xatırladaq ki, 2015-ci il noyabr ayının sonunda Türkiyənin Suriyada Rusiyanın Su-24 təyyarələrini vurandan sonra Rusiya bu ölkədən bir sıra məhsulların, o cümlədən pomidorun tədarükünə qoyduğu embarqonu 1 noyabr 2017-ci ildən götürüb və kvota mərhələli şəkildə artırılıb.